Modern.az

Avtomobillərin nömrə nişanlarında dəyişiklik edilir

Avtomobillərin nömrə nişanlarında dəyişiklik edilir

27 Sentyabr 2011, 10:28


Azərbaycanda avtomobillərə verilən dövlət nömrə nişanları ilə bağlı yeni standartlar qəbul olunub. Qaydalara əsasən avtomobillərin nömrə nişanlarında elektron informasiya daşıyıcıları da yerləşdiriləcək.

Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hazırda avtomobillərə verilən dövlət nömrə nişanlarında yeni standartlar tətbiq edilir. Bundan sonra nömrə nişanının üzərində olan Azərbaycanın dövlət bayrağı əvvəlkindən bir qədər fərqli formada vurulacaq. Yeni şablonda bayraq dalğalı deyil, düzbucaq formasında olacaq. Dəyişiklik tək bununla bitmir. Yeni standartlarda nömrələrin keyfiyyətində də irəliləyiş var. Belə ki, nömrələr alman texnologiyası ilə hazırlanıb. Daha onların üzərində olan yazılar qopmayacaq. Eyni zamanda şablonda yazı üçün seçilmiş şrift də dəyişilib. Avtomobillərin dövlət nömrə nişanlarında tətbiq olunacaq bütün yeniliklər nəqliyyat vasitələrini yeni qeydiyyatdan keçirənlərə şamil ediləcək.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər