Modern.az

Polis “Xalq Ulduzu”nun iştirakçısını həbs edib

Polis “Xalq Ulduzu”nun iştirakçısını həbs edib

28 Sentyabr 2011, 12:07

Azərbaycanda tanınmış muğam ifaçısı həbs edilib. Modern.az xəbər verir ki, bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olmuş Səfa Məmmədov Qaraçuxur qəsəbə sakini Elçin Yusifovun mənzilindən 65 min manat oğurlamaqda təqsirli bilinir. Polis tərəfindən dindirilən S. Məmmədov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər