Modern.az

Sabiq baş həkimin ölüm işi.., istintaq davam edir

Sabiq baş həkimin ölüm işi.., istintaq davam edir

28 Sentyabr 2011, 16:35

Goranboy rayonunun keçmiş baş həkimi, bu il martın 4-də saat 19.00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasının həyətində meyiti tapılan və ölümü barədə müxtəlif iddialar irəli sürülən Faiq Abdullayevlə bağlı cınayət işi davam etdirilir.

Baş Prokrorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a açıqlamasında “Goranboy rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Faiq Abdullayevin intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokrorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq davam etdirilir” deyə qeyd edib.

Xatırladaq ki, sabiq baş həkimin həyat yoldaşı hadisnin intihar olmadığını bəyan edib və bununla bağlı hüquq-mühafizə orqanlarına, eləcə də Prezident Administrasiyasına şikayət edib.

Mərhumun anası Kimyə Abdullayeva isə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət edib.  
Tərtər rayonu Cəmilli kənd sakini, həm də şəhid anası K.Abdullayeva ərizəsində oğlunun intihar etməsinə inanmadığını, bu faciənin qaranlıq tərəflərinin açılmasına köməklik göstərilməsini xahiş edib.

Faiq Abdullayev 1961-ci ildə Tərtərin Cəmilli Kəndində anadan olub. Azərbaycan Tibb İnstitutunu fərqlənmə diploma ilə bitirib. Sonra carrah kimi Goranboya təyinat alıb. 2003-2010-cu illərdə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyib. Onu keçən il vəzifəsindən uzaqlaşdıblar.

Qeyd edək ki, hadisədən sonra keçmiş baş həkimin yaxınları, kəndçiləri rayon mərkəzində etiraz aksiyası keçiriblər. Onlar Faiq Abdullayevin ölümündə icra başçısı Nizaməddin Quliyevi ittiham edərək onu mərhumu intihar həddinə çatdirmaqda suçlayıblar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər