Modern.az

Ziyalılar İlham Əliyevə müraciət edəcəklər

Ziyalılar İlham Əliyevə müraciət edəcəklər

Ölkə

30 Sentyabr 2011, 08:24

Ramiz Rövşən, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Eldar Namazov və başqa ziyalıların birləşdiyi Ziyalılar Forumu dünən keçirdiyi toplantıda 2 aprel aksiyasında həbs olunanlara, Bəxtiyar Hacıyevə və digər siyasi məhbusların azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edəcəklər. Bu barədə tanınmış şair Ramiz Rövşən məlumat verib.

«Azadlıq” radiosunun məlumatına görə, ziyalıların bir qrupu eyni zamanda, həbsxanalara getməyi və İctimai Palatanın 2 aprel aksiyasında həbs olunanlara və hərbi xidmətdən yayınmaqda ittiham edilərək 2 il azadlıqdan məhrum edilmiş Bəxtiyar Hacıyevə baş çəkməyi planlaşdırıblar. Təklifi irəli sürən yazıçı Əkrəm Əylisli olub: «Hətta bizi onun yanına buraxmasalar da, ora getməliyik. Qoy bizi buraxmasınlar. Amma biz gedək».
Təklif yekdilliklə qəbul olunub.
Şair Ramiz Rövşənsə əlavə edib ki, tək Bəxtiyar Hacıyevin yox, 2 aprel aksiyasında həbs olunanların hamısının yanına getmək lazımdır.
Ziyalılar həm də ölkədə mənəvi dəyərlərin, əxlaqın deqradasiyaya uğramasının səbəblərini müzakirə ediblər. Onlar bununla bağlı da ölkə rəhbərliyinə müraciət edəcəklər. Hələlik sənəd üzərində iş gedir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər