Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri vəzifəsinə hələ təyinat olmayıb. Bu vəzifə sabiq şöbə müdiri Qulu Novruzov nazir müavini təyin olunandan sonra boşalıb. Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsindən Modern.az saytına bildirilib ki, şöbə müdir postuna yeni təyinatın nə zaman gerçəkləşəcəyi nazir Misir Mərdanovdan asılı olduğundan heç nə deyə bilməzlər.
Təhsil nazirinin müavinləri İradə Hüseynova, Elmar Qasımov və İsgəndər İsgəndərov sentyabrın 14-də Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunublar.
Nazirliyin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Qulu Novruzov nazir müavini təyin olunub. Digər iki müavin yeri isə hələlik boşdur.
Modern.az