Modern.az

ABŞ səfirliyi Azərbaycanda müxalifət fəallarının həbsini pislədi

ABŞ səfirliyi Azərbaycanda müxalifət fəallarının həbsini pislədi

4 Oktyabr 2011, 10:26

Amerika Birləşmiş Ştatları Səbail rayon Məhkəməsinin İctimai Palatanın 2 aprel aksiyasına görə tutulan Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının barəsində çıxardığı 3 oktyabr tarixli hökmə təəssüflənir. Modern.az saytının məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bu gün yaydığı açıqlamada vurğulanır. ABŞ həmçinin  eyni məhkəmənin müxalifət fəalları Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazlı, Arif Alışlı, Elşən Həsənov və Elnur İsrafilovu oxşar ittihamlarla - dövlət əleyhinə etirazların planlaşdırılması və təşkil edilməsilə ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə - məhkum etməsi barədə 25 avqust qərarına da təəssüflənir.

“ABŞ Azərbaycan hökumətinin bütün vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlıqlarına hörmət etmək kimi Konstitusiya və beynəlxalq öhdəliklərini xatırlayır. Birləşmiş Ştatlar ədliyyə hakimiyyətini bu hökmlər barədə hər bir apelyasiya şikayətinin Azərbaycanın Konstitusiya və beynəlxalq öhdəliklərinə müvafiq şəkildə baxılmasını təmin etməyə çağırır. Bu öhdəliklər  azərbaycanlıların öz ölkəsinin demokratik mədəniyyətinin, proseslərinin və qurumlarının daha dərin inkişafına yardım etmək üçün mövcuddur”-deyə səfirliyin açıqlamasında vurğulanıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər