Bu gündən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və ümumi müsahibə elan edilib. Komissiyadan Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar namizədliklərinin qeydə alınması üçün 30 gün müddətində Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytı vastəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqəyə 73 dövlət orqanında 363 vakant vəzifə, 456 vakant yer çıxarılıb.
Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vastəsilə Komissiyaya müraciət etməlidirlər. Ümumi müsahibəyə 10 dövlət orqanında 78 vakant vəzifə. 79 vakant yer çıxarılıb.
Modern.az