Modern.az

Nardaranlılar «Bakıelektrikşəbəkə» rəhbərliyi ilə görüşüb

Nardaranlılar «Bakıelektrikşəbəkə» rəhbərliyi ilə görüşüb

4 Oktyabr 2011, 17:49

Ötən həftənin şənbə günü bir qrup Nardaran sakini «Bakıelektrikşəbəkə» ASC-nin rəhbərliyi ilə görüşüb.

Bu barədə Modern.az saytına görüşün təşkilatçısı, millət vəkili Eldar Quliyev məlumat verib.

O, qeyd edib ki, görüş zamanı nardaranlılarla «Bakıelektrikşəbəkə» arasında anlaşılma əldə edilib.

Eldar Quliyev  bildirib ki, bundan sonra, yəni ötən həftənin bazar günündən nardaranlılara elektrik enerjisinin verilməsi bərpa olunub: “Ancaq bununla belə hər iki tərəf üzərinə düşən işi yerinə yetirməyə söz verdi.

Bu da ondan ibarətdir ki, «Bakıelektrikşəbəkə»dən xəbərdarlıq etdilər ki, naqillərə toxunub qanunsuz xətt çəkməsinlər. Sayğaclara əl vurmasınlar. Bundan sonra müqavilə bağlanılacaq, müqaviləyə uyğun olaraq isə kənd sakinləri ödənişlər etsinlər. Bu məsələyə kənd sakinləri razılıqlarını verdilər. Bir sözlə, problem artıq aradan qalxıb”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər