Modern.az

Deputat Elman Məmmədov: “Həmsədrlərə dedim ki, nə var, şəkil çəkdirməyə gəlirsiniz?”

Deputat Elman Məmmədov: “Həmsədrlərə dedim ki, nə var, şəkil çəkdirməyə gəlirsiniz?”

5 Oktyabr 2011, 16:38

ATƏT-in Minsk qrupunun həmsədrləri vaxtaşırı olaraq təmas xəttində monitorinqlər keçirirlər. Gəlirlər, gəzirlər, gedirlər... Amma indiyədək keçirilən monitorinqlər heç çürük qoza da dəyməyib, nəticə yoxdur. Ermənilər atəşkəsi pozmaqda, Azərbaycan tərəfi düşmənə cavab verməkdədir.

Belə olan halda bu monitorinqlərin keçirilməsinin hansı əhəmiyyəti var?

Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən olan deputatı Elman Məmmədovdan münasibət öyrənib.

Elman Məmmədov bildirib ki, təxminən bir il bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri və faktaraşdırıcı missyası işğal olunmuş ərazilərimizə baxmağa gedəndə öncə Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşlər.

“Həmin görüşdə üç həmsədr, BMT-nin nümayəndəsi və  mən də iştrak edirdim. Eyni zamanda o vaxt ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu görüşdə vardı. Mən o zaman siz verdiyiniz sualı onlara verdim. Onlara dedim ki, “məni bu məsələ çox maraqlandırır, siz vaxtaşırı gedib təmas xəttində monitorinq keçirirsiniz. Özünüzə niyə əziyyət verirsiniz, keçirdikləriniz o monitorinqlərin nəticəsi nədən ibarət olur, siz atəşkəsi pozan tərəfə qarşı bu müddət ərzində hər hansı bir təsir göstərə bilmisinizmi? Ermənistan hər dəfə atəşkəsi pozur, hətta siz ora gedəndə dəfələrlə sizi gülləbaran ediblər və siz də qayıdıb qaçmısınız. Siz indiyə kimi Ermənistana qarşı hansı sanksiyanı tətbiq eləmisiniz, hansı cəza tədbiri görmüsünüz, axı nəticəsi nədir sizin monitorinqlərin? Əgər bu monitorinqlərin bir nəticəsi yoxdusa, siz bunu niyə keçirirsiniz?
Yoxsa özünüzə xal toplayırsınız? Aldığınız maaşı, məzuniyyət pullarını, ezamiyyə xərclərini, yediyiniz digər pulları silmək üçün, quş qoymaq xatirinə gedib təmas xəttinə çatıb, şəkil çəkdirib qayıdıb gəlirsiniz, sonra da rəhbərlərinizə hesabat  verirsiniz. Bunun Azərbaycana, müharibə vəziyyətində olan tərəflərə, bir xeyiri, nəticəsi varmı?”
Həmsədrlər mənim suallarıma heç bir cavab verə bilmədilər. Sadəcə olaraq onu dedilər ki, “bu bizim işimizin bir hissəsidir və biz də öz işimizi yerinə yetiririk”. Mən onda həmsədrlərədə irad tutdum ki, siz bundan qabaq da faktaraşdırıcı missiya ilə getdiniz işğal altındakı ərazilərə, o dağıntıları, vandalizmi, qeyri-qanuni məskunlaşmanı görüb gəldiniz, hesabat hazırladınız və ATƏT-ə, BMT-yə təqdim etdiniz. Bu müddət ərzində sizin o hesabatınıza görə hansısa bir tədbir, iş görüldümü, qanunu pozan tərəfə hansısa bir sanksiya tətbiq olundumu? Xeyr olunmadı. Bəs elədisə, indi bu dəfə niyə əziyyət qızıldan qiymətli vaxtınızı sərf edir, gəlib-gedirsiniz? Gördüyünüz işin heç bir nəticəsi yoxdusa, bu kimə lazımdı””.

Elman Məmmədov deyir ki, cəbhə xəttində monitorinq keçirmək Minsk qupu həmsdərlərinin proqram üzrə işlərinin bir hissəsidir ki, onu icra edib öz ağalarına hesabat verirlər ki, “getdik, baxdıq, gəldik”.
“Mən bu monitoriqnləri ciddi qəbul etmir, nəticəsiz və mənasız bir iş hesab edirəm”-deyə deputat vurğulayıb.

Mail Ağaxanov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər