Modern.az

20 illik müstəqillik və dövlət büdcəsi: qazancımız nə olub? (Cədvəl)

20 illik müstəqillik və dövlət büdcəsi: qazancımız nə olub? (Cədvəl)

6 Oktyabr 2011, 10:13

Maliyyə Nazirliyi son 20 ilin - 1991-2011-ci illərin büdcəsi ilə bağlı müqayisə aparıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, 20 il ərzində büdcə prosesini tənzimləyən bir sıra qanun layihələri işlənib və qəbul olunub.

Hazırda 2002-ci ildə qəbul olunmuş “Büdcə sistemi haqqında” Qanun qüvvədədir.

Sonradan bu sənədin təkmilləşdirilməsi istiqamətində bir sıra əlavə və dəyişikliklər edilib.

Edilmiş əlavə və dəyişikliklər dövlət və icmal büdcələrə əlavə gəlirlərin cəlb edilməsinə, xərclərin daha şəffaf idarə olunmasına, dövlət büdcəsinin sərbəst vəsait qalığının idarə edilməsi və ya idarəetməyə verilməsinə, gəlirlərin xarici valyutada olan hissəsinin konvertasiya edilmədən xərclənməsinə, birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən səmərəli istifadə edilməsinə, dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotunun qaydalarına və standartlarına uyğun aparılması və dövlət büdcəsinin kassa icrasının dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsi üçün hüquqi baza yaradıb.

Büdcə sisteminə daxil olan büdcələr, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının daha şəffaf müqayisəsini təmin edən, büdcə xərclərinin istiqamətlərini özündə əks etdirən, Milli Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-ayrı dövlətlərdə tətbiq olunan təsnifatlardan istifadə edilməklə yanaşı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ekspertlərinin tövsiyyələri də nəzərə alınmaqla “Vahid büdcə təsnifatı” hazırlanaraq təsdiq edilib.

Büdcə prosesinin real vaxt müddətində həyata keçirilməsinin əsas prinsiplərini, dövlət və icmal büdcələrin tərtibi və icrası prosesində müvafiq icra hakimiyyəti orqanları, büdcədənkənar dövlət fondları, digər təşkilatlar arasında qarşılıqlı münasibətlərin əsas istiqamətlərini özündə birləşdirən “Dövlət büdcəsinin tərtibi və icrası qaydaları” hazırlanaraq təsdiq  edilib.

Büdcə təşkilatlarının göstərdikləri iş və xidmətlərə görə əldə etdikləri büdcədənkənar vəsaitlərin formalaşması, uçotu və istifadəsi üzrə qanunvericilik bazası daha da təkmilləşdirilmiş və bu vəsaitlər dövlət büdcəsinin tərkibinə daxil edilib.

Büdcə qanunvericiliyinin təkmilləşdirilməsi hesabına ölkədə ortamüddətli dövr üçün, yəni növbəti il və sonrakı üç il üçün icmal və dövlət büdcə layihələrinin hazırlanmasına başlanılıb, ölkəyə xaricdən cəlb edilən kreditlər icmal büdcəyə daxil edilmiş, iqtisadiyyatın bəzi aparıcı sahələrinə büdcədən verilən dolayı subsidiyalar ləğv olunub.

Dövlət büdcəsinin strukturunda da əsaslı dəyişikliklər edilib, onun gəlir və xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi ildən-ilə artmağa başlayıb, büdcə kəsirinin maliyyələşməsində inflyasiya yaradan mənbələrdən, əsasən də bank kreditlərindən imtina edilib, dövlət büdcəsinin kəsirinin ümümi daxili məhsulda xüsusi çəkisi daim tənzimlənib, büdcənin tərkibində əsaslı xərclərin xüsusi çəkisinin artım sürəti, cari xərclərin artım sürətini üstələyib.

Bununla yanaşı, dövlət və icmal büdcə layihələrinin tərtibi zamanı ortamüddətli büdcə-vergi siyasətinin strateji parametrləri və istiqamətləri üzrə optimal göstəricilərin müəyyənləşdirilməsi, dövlət və icmal büdcələrin  gəlir bazasının genişləndirilməsi və ÜDM-də xüsusi çəkilərinin artırılması, iqtisadiyyatın sürətli inkişafının keyfiyyət üstünlüklərinə, xərclərin prioritetlərinə, o cümlədən onların investisiya və sosial yönümlüyünə üstünlük verilməklə iqtisadi, sosial islahatların və proqramların dəstəklənməsi, dövlətin müdafiə qabilityyətinin gücləndirilməsi, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, xarici borc və öhdəliklərin maliyyə təminatının yaradılması, vəsaitlərdən maksimum səmərə ilə istifadə edilməsi, böyük neft gəlirlərinin, büdcə xərclərinin, əmək haqlarının, pensiyaların artırılması şəraitində ölkənin makroiqitisadi vəziyyətinin sabit saxlanılması, inflyasiya təzyiqlərinin mümkün qədər azaldılması əsas vəzifələrdən biri olub.

Bütün bu işlərin nəticəsi olaraq 2011-ci il dövlət büdcəsinin gəlirləri 1991-ci ilə nisbətən 74,5 min dəfə artaraq 15554,2 mln. manat, dövlət büdcəsinin xərcləri isə 82,9 min dəfə artaraq 15941,2 mln. manat təşkil edir.



 

 

1991-ci və 2011-ci illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi barədə
MƏLUMAT

(min manatla)

Göstəricilər

1991-ci il

2011-ci il

Müqayisə

mütləq

nisbi

 

1

 Gəlirlər

 208,7

 15 554 200,0

 15 553 991,3

 74,5 min dəfə

 

2

 Xərclər

 192,8


15 941 200,0


15 941 007,2

 82,7 min dəfə

 

3

 Kəsir

 15,9

 -387 000,0

 

 

 

4

Sosial təyinatlı tədbirlər (elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət və incəsənət)

 93,9

 3 901 240,7


3 901 146,8

 41,5 min dəfə

4.1

  - elm

 1,1

 114 628,0

 114 626,9

 104,2 min dəfə

4.2

  - təhsil

 37,1

 1 399 802,8

 1 399 765,7

 37,7 min dəfə

4.3

  - səhiyyə

 15,5

 563 219,6

563 204,1

 36,3 min dəfə

4.4

 - sosial müdafiə və sosial təminat

 35,1

1 611 840,1

 1 611 805,0

 45,9 min dəfə

4.5

  - mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət

 5,1

 211 750,2

 211 745,1

 41,5 min dəfə

5

 İqtisadiyyatla bağlı tədbirlər

 52,7

 6 897 525,3

6 897 472,6

 130,9 min dəfə

6

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq

 2,0

 783 290,3

 783 288,3

 391,6 min dəfə

7

 Qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması

 2,6

 326 634,6

 326 632,0

 125,6 min dəfə

8

 Sair xərclər

 41,6

 4 032 509,1

 4 032 467,5

 96,9 min dəfə

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər