Modern.az

Laçının icra başçısı: “Bu barədə heç nə deyə bilmərəm”

Laçının icra başçısı: “Bu barədə heç nə deyə bilmərəm”

7 Oktyabr 2011, 14:29

Laçın Rayon Təhsil Şöbəsinin kadrlar şöbəsinin müdiri Adil Cabbarov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Adil Cabbarovun Laçının icra strukturlarının yerləşidi Ağcabədidə, yoxsa Bakıda saxlanıldığı barədə isə heç bir məlumat verilmir.

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyəti başçısı Ramiz Cəbrayılovun fikirlərini öyrənməyə çalışıb.

Ancaq Ramiz Cəbrayılov fakta münasibət bildirməkdən imtina edib və qeyd edib ki, Adil Cabbarovun harada saxlanıldığı barədə bir şey deyə bilməz: “Bu barədə mən heç bir məlumat verə bilmərəm, yaxşı olardı ki, hüquq-mühafizə orqanalrı ilə əlaqə saxlayasınız”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a bildirib ki, faktla bağlı günün sonunda rəsmi məlumat yayacaqlar.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər