Azərbaycanda 400-ə yaxın məhkumun vaxtından əvvəl azadlığa buraxılması gözlənilir. Modern.az-ın məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev deyib.
M.Quliyev deyib ki, Azərbaycanda azadlığın məhdudlaşdırılması cəza növü cinayət cəzaları sistemindən çıxarıldığı üçün bu cəzanın icra edildiyi 17 müəssisələrin hamısı ləğv edilib. Onun sözlərinə görə, həmin müəssisələrdə saxlanılan 1767 nəfərin sənədləri məhkəmələrə göndərilib və onların cəza növləri dəyişdirilib.
M. Quliyev 600 məhkumun sənədlərinin müəssisələrdən Penitensiar Xidmətin Baş İdarəsinə təqdim olunduğunu və onların 200-ü ilə bağlı müəyyən əməliyyat məlumatı olduğundan həmin şəxslərə mənfi cavab veridiyini vurğulayıb.
Qalan 400 nəfərin isə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılması gözlənilir.