Modern.az saytının xəbərinə görə, gələn il Əmlak Məsələləri Dövlət Komitəsi üçün yeni inzibati binanın təməli qoyulacaq. Məlumatı adıçəkilən komitədən də təsdiqləyiblər.
Bildirilib ki, bunun üçün dövlət büdcəsindən də müvafiq vəsaitin ayrılması proqnozlaşdırılıb.
Komitə hazırda Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsi, 20 ünvanda yerləşən köhnə inzibati binada fəaliyyət göstərir. Amma yeni binanın indikindən daha fərqli və əzəmətli olacağı bildirilir.
Modern.az