Modern.az

Azərbaycan 2012-ci ilin müdafiə xərclərini artırır

Azərbaycan 2012-ci ilin müdafiə xərclərini artırır

Ölkə

11 Oktyabr 2011, 08:14


Müharibə şəraitində yaşayan Azərbaycan Respublikası gələn il özünün müdafiə xərclərini artıracaq. Modern.az saytının məlumatına görə, 2012-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanın müdafiə xərcləri 1 milyard 381 milyon 347 min manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2011-ci illə müqayisədə 1,2 faiz çoxdur.
Məqsəd Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsidir.
Modern.az saytının Maliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, müdafiə xərclərinə 2012-ci ilin dövlət büdcəsi xərclərinin 14,8 faizi həcmində vəsait nəzərdə tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər