Modern.az

Gələn il tikiləcək təhsil və səhiyyə müəssisələrinin siyahısı Modern.az-da (SİYAHI)

Gələn il tikiləcək təhsil və səhiyyə müəssisələrinin siyahısı Modern.az-da (SİYAHI)

Ölkə

11 Oktyabr 2011, 08:27

Təhsilə 5774,1 milyon, səhiyyəyə 195, 3 milyon manat investisiya qoyulacaq


Nazirlər Kabineti bir müddət öncə Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsi layihəsini ölkə Prezidentinə təqdim edib. Artıq xəbər verdiyimiz kimi, növbəti ilin dövlət büdcəsinin sosial yönümlüyü və investisiya xarakterli olması təmin edilib.
Modern.az saytı 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan investisiya xərclərinin ilkin bölgüsü barədə Maliyyə Nazirliyindən bəzi məlumatlar əldə edib.

Saytımıza verilən məlumata görə, 2012-ci ilin büdcəsində əsaslı xərclərin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə yönəldilən hissəsi 5774,1 milyon manat olmaqla dövlət investisiya proqramında nəzərdə tutulan layihələrin və tədbirlərin maliyyə təminatına yönəldiləcək.
Xarici kreditlər üzrə xərclər 1472,6 milyon manat proqnozlaşdırılıb.
Beləliklə, gələn ilin dövlət büdcəsində ümumi dövlət investisiya xərcləri 7246,7 milyon manat təşkil edir.

2012-ci ilin büdcəsində təhsil və elm sahəsinə 214,1 milyon manat investisiya vəsaiti proqnozlaşdırılıb.
Modern.az saytı gələn il hansı elm ocaqları üçün tikinti-təmir işlərinin aparılacağını öyrənib.
Beləliklə:
- Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına yeni tədris kompleksi tikiləcək;
- Azərbaycan Tibb Universitetinin tədris-cərrahiyyə klinikası tikiləcək;
- Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpusları təmi olunacaq, avadanlıqlarla təchiz ediləcək;
- Milli Konservatoriya üçün yeni tədris kompleksi tikiləcək;
- Diplomatik Akademiyanın yeni tədris kompleksi tikiləcək;
- Ali təhsil müəssisələri üçün yeni yataqxanalar tikiləcək;
- Bir sıra elmi-tədqiqat institutlarının binaları əsaslı təmir olunacaq;
- Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazası gücləndiriləcək, əsaslı təmir-tikinti işləri aparılacaq;
- AMEA-nın Mərkəzi Kitabxanasına yeni bina tikiləcək;
- Respublikanın şəhər və rayonlarında qəza vəziyyətdə olan məktəblər əsaslı təmir olunacaq, yeniləri tikiləcək.

2012-ci ilin büdcəsində səhiyyə sahəsinə 195, 3 milyon manat investisiya vəsaiti proqnozlaşdırılıb.
Bu vəsait hesabına görüləcək işlərin bir qismi aşağıdakılar olacaq:

- Bakı Sağlamlıq Mərkəzinin tikintisi;
- Mərkəzi Referens laboratoriyasının tikintisi;
- Milli Sağlamlıq Mərkəzinin tikintisi;
- Respublika Neyrocərrahiyyə Klinik Xəstəxanasının əsaslı təmiri və avadanlıqlarla təmin edilməsi;
- 2 saylı Şəhər Klinik Xəstəxanasının əsaslı təmiri, avadanlıq və invertarla təchiz edilməsi;
- Respublika Klinik Xəstəxanasının əsaslı təmiri, avadanlıq və invertarla təchiz edilməsi;
- 1 saylı Respublika Psixatriya Xəstəxanasının əsaslı təmiri, avadanlıq və invertarla təchiz edilməsi;
- Buzovnada Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Mərkəzinin tikintisi;
- Xaçmaz Beyləqan, İmişli, Beyləqan, Saatlı, Kürdəmir rayon xəstəxanalarının əsaslı təmiri, avadanlıq və invertarla təchiz edilməsi;
- Ağcabədi rayon Xəstəxanasının tikintisi;
- Qax, Şəki İsmayıllı rayonlarında 2 mərtəbəli 15 çarpayılıq 4 ədəd kənd xəstəxanalarının tikintisi və s.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər