Modern.az

2012-ci ilin təhsil xərcləri - büdcə layihəsindən çıxarış

2012-ci ilin təhsil xərcləri - büdcə layihəsindən çıxarış

11 Oktyabr 2011, 13:39

Modern.az-ın xəbərinə görə, 2012-ci ilin dövlət büdcəsi layihəsində təhsil xərcləri üçün 1575,9 mln. manta (2011-ci illə müqayisədə 176,1 mln. manat və yaxud 12,6 faiz çox) vəsait nəzərdə tutulub.

Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,3 faiz olacaq ki, bu da 2011-ci illə müqayisədə 0,5 faiz çoxdur.

2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına təhsil sahəsi üzrə aşağıdakı dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək:

- “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün - 16,5 mln. manat,

- ali təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar 89,6 mln. manat (2011-ci illə müqayisədə 44,7 mln. manat və ya 99,3 faiz çox),

- məktəbəqədər təhsilin maliyyələşdirilməsi üçün 8,5 mln. manat,

- ölkənin ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8,1 mln. manat,

- maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 4,5 milyon manat,

- təhsil müəssisələrinin yenidənqurulması və əsaslı təmiri üçün (yalnız dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində) 3,0 mln. manat,

- ümumtəhsil məktəblərinə tədris laboratoriya (fizika, kimya, biologiya) avadanlıqlarının alınması xərcləri üçün 2,5 mln. manat,

- 2008-2013-cü illər üçün məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlərə 2,2 mln. manat,

- "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın maliyyə təminatı ilə bağlı xərclər üçün 1,9 mln. manat,

- “Texniki peşə təhsilinin inkişafı Proqramı (2007-2012-ci illər)”nın maliyyə təminatı üçün 1,7 mln. manat,

- “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclər üçün 1,6 mln. manat,

- “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası üçün 1,4 mln. manat,

- ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatı üçün 1,0 mln. manat,

- “SOS” Uşaq Kəndləri-Azərbaycan”Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsinə 0,8 mln. manat,

- gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi ilə bağlı xərclərə 0,3 mln. manat,

-  digər proqramların və tədbirlərin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər