2012-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 595,1 mln. manat məbləğində nəzərə alınıb. Modern.az xəbər verir ki, 2012-ci ildə büdcənin səhiyyə xərclərinin 2011-ci illə müqayisədə 5,7 faiz (31,9 mln. manat) artması proqnozlaşdırılıb.
Səhiyyə xərcləri üçün ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz səviyyəsində olacaq.
2012-ci il dövlət büdcəsinin vəsaiti hesabına səhiyyə sahəsi üzrə aşağıdakı dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək:
- icbari tibbi sığortanın tətbiqinə 30,1 mln. manat,
- xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 23,5 mln. manat (2011-ci illə müqayisədə 1,8 mln. manat və ya 8,2 faiz çox),
- hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə tədbirlərə 20,6 mln. manat (2011-ci illə müqayisədə 4,6 mln. manat və ya 28,7 faiz çox),
- onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatına 14,5 mln. manat
(2011-ci illə müqayisədə 0,2 mln. manat və ya 1,2 faiz çox),
- “Şəkərli diabet üzrə Dövlət Proqramı”na 12,2 mln. manat (2011-ci illə müqayisədə 0,5 mln. manat və ya 4,3 faiz çox),
- maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 10,3 milyon manat,
- yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 4,5 mln. manat (2011-ci illə müqayisədə 0,1 mln. manat və ya 2,6 faiz çox),
- vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsi üçün 3,5 mln. manat (2011-ci illə müqayisədə 0,5 mln. manat və ya 16,7 faiz çox),
- Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunlamübarizəyə 3,0 mln. manat,
- ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2,0 mln. manat,
- qanın və qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,5 mln. manat,
- səhiyyə müəssisələrinin yenidənqurulması və əsaslı təmirinə 3,0 mln. manat,
- digər proqramların və tədbirlərin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulub.
Modern.az