Modern.az

Statistika Komitəsi bahalaşmanın davam etdiyini bəyan edib

Statistika Komitəsi bahalaşmanın davam etdiyini bəyan edib

19 Oktyabr 2011, 16:31

Dövlət Statistika Komitəsi istehlak mallarının qiymətindəki növbəti artım barədə məlumat açıqlayıb. Komitə bildirib ki, sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, xidmət tarifləri 0.1 faiz bahalaşıb.

İlin əvvəlindən ötən vaxt ərzində 2010-cu ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 8.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 4.5 faiz bahalaşıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər