Nəsimi rayonu ərazisində A.Baxşıyevanın evindən pul oğurlamış şəhər sakinləri tutulublar. Məlum olub ki, oğrular qadındırlar.
Modern.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da rayon ərazisində yaşayan Aytən Baxşıyevanın evindən 6600 manat pul oğurlamış, şəhər sakinləri Səmaya Eyvazova və Esmira Mustafayeva tutulublar. Araşdırma gedir.
Modern.az