“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkənin 11 şəhərində (Quba, Şəmkir, Mingəçevir, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Biləsuvar, Lənkəran və Qax) su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası ilə əlaqədar işçi qəbulu elan edir. “Azərsu”yun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aşağıdakı ixtatslardan olan işçilər tələb olunur:
- Su təchizatı və kanalizasiya
- Hidrotexniki qurğuların tikintisi
- Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
- Hidrogeologiya mühəndisliyi
- Elektrik mühəndisliyi
- Mexanika mühəndisliyi
- Kimyaçı
- Ekologiya mühəndisliyi
Bu ixtisaslara malik olan və adıçəkilən şəhərlərdə yaşayanlar sənədlərini [email protected] elektron ünvanına göndərə və ya (012) 431-49-77 nömrəli telefonla əlaqə saxlaya bilərlər. İşə qəbul müsabiqə əsasında həyata keçiriləcək