Modern.az

Azərbaycan qış vaxtına keçdi

Azərbaycan qış vaxtına keçdi

Ölkə

30 Oktyabr 2011, 10:04

Azərbaycan Respublikasında qış vaxtına keçid tətbiq olunub. Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 30 oktyabr 2011-ci il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər