Modern.az

Ermənistanın xaricdəki səfirliklərində Qarabağla bağlı xüsusi şöbə yaradılıb

Ermənistanın xaricdəki səfirliklərində Qarabağla bağlı xüsusi şöbə yaradılıb

25 Oktyabr 2011, 12:57

Təxminən iki ay əvvəl Ermənistanın bütün xarici ölkələrdəki səfirliklərində  Dağlıq Qarabağla bağlı xüsusi şöbə yaradılıb. Bu barədə Modern.az-a diplomatik mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, indi Ermənistan höküməti xarici siyasətdə Dağlıq Qarabağla bağlı diplomat taktikanı belə qurur: birinci mərhələni yekunlaşdırıblar, yəni Dağlıq Qarabağı Azərbaycandan ayıraraq özlərinə birləşdiriblər; ikinci mərhələ başlayır, yəni Dağlıq Qarabağın müstəqilliyinin dünya ictimayyəti tərəfindən tanınması üşün addımlar atılacaq.

Diplomatik mənbənin məlumatına görə, dünyanın hansı ölkəsində Ermənistan  səfirliyi varsa, orada Dağlıq Qarabağla bağlı xüsusi bir qurum fəaliyyət göstərəcək.

Modern.az məsələyə Milli Məclisin deputatlarından münasibət öyrənməyə çalışıb. Hakim Yeni Azərbaycan partiyasından olan deputat Məlahət İbrahimqızı məsələ ilə bağlı bildirib ki, Ermənistan höküməti bu cür addım atmaqla beynəlxalq qanunları pozur və separatçı meyillərə  dəstək verir. Millət vəkili onu da qeyd edib ki, Azərbaycan tərəfi bu məsələnin ifşa olunması üçün əlindən gələni etməlidir.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər