Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 2011-ci ilin 9 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə açıqlama verib.
Modern.az BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, 2011-ci ilin 9 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 671542 yol hərəhəti qaydası (YHQ) pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 11952, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 79531, ötmə qaydalarının pozulması üzrə 11349, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 34844, sərnişin daşıma qaydalarının pozulması üzrə 4204 fakt aşkar ediblər. YHQ pozuntusuna görə 50054 sürücü yerində cərimə olunub, 2940 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
2011-ci ilin 9 ayı ərzində respublika ərazisində 2237 yol nəqliyyat hadisəsi (YNH) qeydə alınıb, nəticədə 712 nəfər həlak olub, 2459 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 331 (17,4%), həlak olanların sayı 72 nəfər (11,3%), yaralananların sayı isə 469 nəfər (23,6%) artıb.
Bakı şəhəri ərazisində 1018 YNH-si qeydə alınıb və bunların nəticəsində 261 nəfər həlak olub, 1117 nəfər yaralanıb. 2010-cu ilin 9 ayı ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 263 (34,8%), 14 (5,7%) və 372 (49,9%) artıb.
Respublika üzrə qeydə alınmış YNH-nin 93%-i (2081) sürücülərin YHQ pozmaları, o cümlədən 43%-i (984) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,2%-i (518) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,6%-i (192) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,9%-i (67) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 37,9%-ni (847) piyadaların vurulması təşkil edib, nəticədə 266 piyada həlak olub, 645-i yaralanıb. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 70 nəfər uşaq və yeniyetmə həlak olub, 189 nəfər yaralanıb. Həlak olanların 47-i, yaralananların isə 105-i piyadalardır.
2011-ci ilin 9 ayı ərzində respublika ərazisində 18 nəfərin həlak olması və 91 nəfərin yaranlanması ilə nəticələnmiş 105 YNH-si bağlı qalıb.
Modern.az