Modern.az

Təhsil Nazirliyində yeni idarə rəisi təyin olunub

Təhsil Nazirliyində yeni idarə rəisi təyin olunub

28 Oktyabr 2011, 12:34

Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Əsaslı tikinti idarəsinə yeni rəisin təyin olunduğunu bildirib. Misir Mərdanovun sözlərinə görə, həmin vəzifəyə İsaxan Babayev təyin olunub.

Nazir bildirib ki, dekabrın sonunda Təhsil Nazirliyinin Əsaslı tikinti idarəsi illik hesabat verəcək və monitorinq keçiriləcək.
Əgər, gələn il dövlət budcəsindən İdarə üçün vəsait ayrılarsa, qurum işini davam etdirəcək. Dövlət büdcəsindən vəsait ayrılmasa, idarə işini davam etdirməyəcək. Nazir idarənin ləğv oluna biləcəyini də qey edib.

Qeyd edək ki, Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi Allahverdi Dəmirov işdə yol verdiyi nöqsanlara görə, bir neçə gün öncə vəzifəsinmdən azad olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər