Modern.az

Polisin və Fövqəladə Hallar Nazirliyi işçilərinin maaşları artırıldı

Polisin və Fövqəladə Hallar Nazirliyi işçilərinin maaşları artırıldı

Ölkə

28 Oktyabr 2011, 21:33

Prezident Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların aylıq vəzifə (tarif) maaşları orta hesabla 30 faiz artırılır.
Sərəncam 2011-ci il noyabrın 1-dən qüvvəyə minir.

Ölkə başçısının digər sərəncamı Fövqəladə Hallar Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Sərəncama görə, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşları orta hesabla 30 faiz artırılıb.
Sərəncam 2011-ci il noyabrın 1-dən qüvvəyə minir.
Nazirlər Kabineti bu sərəncamlar dan irəli gələn məsələləri həll etməlidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər