Modern.az

Müğənni Rəqsanə avtomobil qəzasına düşüb

Müğənni Rəqsanə avtomobil qəzasına düşüb

31 Oktyabr 2011, 16:46

Modern.az "Anspress"ə istinadən bildirir ki, ötən gecə müğənni Rəqsanə İsmayılova yol nəqliyyat hadisəsi törədib. Qəza Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində baş verib. Paytaxt Bakı istiqamətində hərəkət edən və müğənninin sükanı arxasında əyləşdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Rəqsanə ilə yanaşı maşında olan iki nəfər sərnişin xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, müğənni Rəqsanə və digər xəsarət alanların vəziyyətləri qənaətbəxş olduğundan onlara lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qəza ilə bağlı münasibət öyrənmək istəyən ANS-in çəkiliş qrupunu görən Rəqsanə heç bir şey demədən başqa bir avtomobilə minrək xəstəxanadan uzaqlaşıb.

Qəzanın baş vermə səbəbləri baş dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Xatırladaq ki, bu ilin mart ayında da müğənni Rəqsanə ağır yol qəzasına düşmüşdü. Hadisə Heydər Əliyev prospektində müğənninin idarə etdiyi “Mercedes” markalı maşının qarşısına çıxan maşınla toqquşması zamanı baş vermişdi. Həmin qəza nəticəsində isə Rəqsanə xanım ayaqlarından yüngül xəsarətlər almışdı.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər