Daxili İşlər Nazirliyi oktyabrın 30-da saat 18.00 radələrində Balakən rayonunun İtitala kəndi ərazisində keçirilən toy məclisində baş vermiş bədbəxt hadisə barədə məlumat yayıb.
Nazirlik bildirib ki, bəyin qardaşı Cəlal Mustafayev ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bəy Novruz və gəlin Xəlisət Qurbanova yüngül xəsarət alıblar. Balakən RPŞ əməkdaşları C.Mustafayevdən 1 ədəd ov tüfəngi götürüblər.
Modern.az