Modern.az

"Eurovision-2012" üçün milli seçimlərin ilkin dinləmələri başlayır

"Eurovision-2012" üçün milli seçimlərin ilkin dinləmələri başlayır

1 Noyabr 2011, 12:19


"Eurovision Mahnı Müsabiqəsi-2012" üçün Milli seçim turuna sənəd vermiş iştirakçıların ilkin dinləmələri başlayır. Bununla əlaqədar noyabrın 3,5,7-də  sənədləri gəbul olunmuş 119 nəfər iştirakçı İctimai Televiziyada ilkin dinləmələrdən keçəcək.

İctimai Televiziyadan verilən məlumata görə, dinləmələr 3 qrupa bölünəcək. İlk qrup noyabrın 3-də çıxış edəcək. Çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli  göstərə biləcək 2 mahnı ifa etməlidir.

Bu dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaq.
Milli seçimin ötən ilki qayda ilə aparılacaq. Azərbaycanın “Eurovision-2012” təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə  seçiləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər