Modern.az

Artur Rasizadə dövlət müəssisələrində 65 yaşdan sonra çalışma müddətinin uzadılması meyarlarını təsdiqləyib

Artur Rasizadə dövlət müəssisələrində 65 yaşdan sonra çalışma müddətinin uzadılması meyarlarını təsdiqləyib

2 Noyabr 2011, 12:57

Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nın təsdiq edilməsi haqqında qərar verib.
Modern.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladığı qərar "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 460 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

Bu qərarla dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları müəyyənləşib. Bunlar  aşağıdakılardır:

1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;

 2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;

 3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;

 4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;

 5. Dövlət mükafatı laureatı olması.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər