Modern.az

Konstitusiya imtahanı olacaq

Konstitusiya imtahanı olacaq

10 Noyabr 2011, 13:52

Azərbaycanda Konstitusiya gününə həsr olunmuş Konstitusiya imtahanının keçirilməsi planlaşdırılır. Modern.az saytının məlumatına görə, bu barədə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib.

"Bir çox Avropa ölkələrində belə imtahanlar təşkil edilir. İstəyirik ki, Azərbaycanda da şagirdlər, tələbələr, hətta siyasətçilər və dövlət məmurları arasında belə imtahanlar keçirilsin", - F.Muradov deyib.

Onun sözlərinə görə, imtahanın keçirilməsində məqsəd Konstitusiyanın maddələrinin təbliğ olunmasıdır.

F.Muradov qeyd edib ki, layihənin həyata keçirilməsi üçün Azərbaycana Avropadan mütəxəssislər dəvət olunub və imtahanın keçirilməsi ilə bağlı onların təqdimatı olub.

"Gənclər və İdman Nazirliyi ilə birlikdə həyata keçirilən lahiyənin "Azərbaycan Gənclyi 2011-2015-ci illərdə" Dövlət Proqramına salınması istiqamətində işlər aparılır. Artıq layihənin hazırlıq mərhələsi başlayıb", - deyə Şura sədri bildirib.

Noyabrın 12-si Azərbaycanda Konstitusiya günü kimi qeyd edilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər