Modern.az

Hava yağmursuz, şaxtalı keçəcək

Hava yağmursuz, şaxtalı keçəcək

10 Noyabr 2011, 18:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru buludluluğun artacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə, gündüz 8-12 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında noyabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən noyabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, 12-də hava şəraitinin təzadlı dəyişməsi, gündüz güclü xəzri küləyi fonunda soyuq və rütubətli meteoroloji şərait meteohəssas insanlar üçün əlverişsizdir. 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər