Bu gün AÇ-2012-nin "pley-off" mərhələsinin ilk oyunları keçiriləcək. Modern.az-ın məlumatına görə, 8 komandanın iştirakı ilə keçiriləcək "pley-off" oyunlarından sonra AÇ-2012-nin final mərhələsinə gedəcək növbəti 4 yığmanın da adı məlum olacaq.
Bu axşam bütün Türk dünyasının diqqəti Türkiyə milli komandasında olacaq. İstanbulda baş tutacaq qarşılaşmada Türkiyə və Xorvatiya milliləri üz-üzə gələcək.
Bu komandalar 2008-ci ildə Avstriya və İsveçrədə təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşmışdı. 120 dəqiqəsi qolsuz başa çatan görüşdə hesab matça əlavə edilmiş dəqiqələrdə açılmışdı. Lakin Xorvatiya millisinin sevinci cəmi bir dəqiqə sürmüşdü.
Semih Şəntürkün son saniyələrdə vurduğu qol Türkiyə millisinin məğlubiyyətdən xilas etmişdi. Oyundan sonra təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən "ay-ulduzlular" yarımfinala vəsiqə qazanmışdılar. Lakin həmin vaxtdan bu yana hər iki komandanın heyətində ciddi dəyişikliklər baş verib.
Xorvatiya millisinin İstanbula qisas dalınca gəlməsi artıq heç kəsdə şübhə doğurmur.
Türkiyə - Xorvatiya oyununa Azərbaycan azarkeşləri bu axşam saat 23.00-da ANS teklekalanında canlı olaraq baxa biləcəklər.
Bosniya və Herseqovina - Portuqaliya
Türkiyə - Xorvatiya
Çexiya – Çernoqoriya
Estoniya - İrlandiya