Modern.az

Şənbə-bazar günləri anomal hava şəraiti olacaq

Şənbə-bazar günləri anomal hava şəraiti olacaq

11 Noyabr 2011, 15:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə noyabrın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclü olacaq.

Temperaturun anomal gedişi gözlənir, belə ki, gecə və gündüz 5-8 dərəcə isti, günün ikinci yarısında və axşam 3 dərəcəyədək isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında noyabrın 12-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20 dərəcə şaxta təşkil edəcək.

Ümumiyyətlə noyabrın 12-də Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər