Modern.az

Hərbi ekspert: “Moldova Ermənistanı sakitləşdirmək üçün belə addım atır”

Hərbi ekspert: “Moldova Ermənistanı sakitləşdirmək üçün belə addım atır”

11 Noyabr 2011, 16:44

“Hesab edirəm ki, Moldovanın müdafiə nazirinin ölkəsinin Ermənistana silah-sursat satmasına daier fikirləri sadəcə Ermənistanla müqavilənin öhdəliklərinə əsasən səsləndirilib. Bəyanat xatirinə deyilən sözlərdir. Ümumiyyətlə, Moldovanın Ermənistana silah satışının davam edəcəyinə reallıqda inanmıram”.

Bu sözləri Modern.az saytına açıqlamasında “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyib. Onun sözlərinə görə, bu, Azərbaycan və Moldova arasında indiyə qədər olan hərbi-strateji müttəfiqliyə ziddir. Moldova və Azərbaycan arasında həm ikitərəfli, həm də GUAM çərçivəsində əməkdaşlıq mövcuddur:
“Bu yaxınlarda silah qalmaqalı ilə bağlı Moldova rəsmi şəxsləri Azərbaycan tərəfindən üzr istəyiblər və bildiriblər ki, bu məsələ baş tutmayacaq. Onlar hazırda bununla bağlı bir araşdırma qrupu yaradıblar.

Mənim fikrimcə, Azərbaycan Moldova tərəfinə kifayət qədər təsir göstərir və onlar səhvi anlayıb. Hesab etmirəm ki, Ermənistanla Moldovanın hərbi əməkdaşlığı davam etdiriləcək. Amma aydındır ki, tərəflər müqavilə imzalayarkən öhdəliklər götürüblər və Moldova da Ermənistanı bu və ya digər dərəcədə sakitləşdirmək üçün bu tip bəyanatlar səsləndirir”.

Cəsur Sümərənlinin fikrincə, Erməsnitana silah satışı davam edərsə, bu, ümumilikdə Moldovanın müdafiə nazirinin postundan uzaqlaşdırılması ilə nəticələnəcək.

“Onsuz da hazırda Moldovada bu istiqamətdə araşdırmalar davam edir. Ölkə rəhbərliyinin nəzarəti altında xüsusi komissiya yaradılıb və komissiya araşdırır ki, doğurdan da Moldovadan Ermənistana necə silah satıla bilər? Bildiyimiz kimi, Moldovanın da Azərbaycanla eyni problemləri mövcuddur, ərazi işğalı, Densteryani problem və s.

Eyni zamanda, Moldova və Azərbaycan arasında çoxillik münsibətlər yaranıb, Azərbaycanın strateji tərəfdaşı olan ölkələr arasında Moldovanın da xüsusi yeri var. Mən inanmıram ki, Moldova Azərbaycanla bu tip münsaibətləri Ermənistanla çox məhdud müqavilələrə qurban verəcək. Sadəcə bu bəyanat xatirinə deyilən sözlərdir” - deyə Cəsur Sümərənli əlavə edib.

Qeyd edək ki, bir qədər öncə Moldova prezidenti Marian Lupu ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yuriy Dominici tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyinin gələcəkdə pozulmasını önləmək üçün imzalandığı bildirilsə də, yerli qəzetlərə görə, moldovalı generalın istefaya göndərilməsinə əsl səbəb Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub.

Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə sentyabrın 13-də Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma başlayıb.

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər