Modern.az

“Mir” Teleradio Şirkəti "Eurovison" xətasına görə Azərbyacanın Maliyyə Nazirliyindən üzr istəyib

“Mir” Teleradio Şirkəti "Eurovison" xətasına görə Azərbyacanın Maliyyə Nazirliyindən üzr istəyib

16 Noyabr 2011, 16:37

“Mir” Dövlətlərarası Teleradio Şirkəti 6 noyabr 2011-ci il tarixində telekanalda yayımlanan “Вместе” proqramında efirə getmiş ““Eurovision-2012” müsiqi müsabiqəsinə hazırlıq” adlı reportajında yol verilən ciddi səhvə görə Azərbyacan Respublikasının Maliyyə Nazirliyindən üzr istəyib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,  “Mir” Teleradio Şirkəti bildirib:

“Jurnalist Fuad Mirməmmədovun hazırladığı reportajda ciddi səhvə yol verilərək “Azərbaycanın Maliyyə Nazirliyinin hesablamalarına görə, "Eurovision"a hazırlığa dövlət büdcəsindən 1 milyard dollar xərclənəcək” kimi qeyri-dəqiq informasiyaya yer verilmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının  Maliyyə Nazirliyi ilə dəqiqləşdirmə aparılmadan bəzi yerli və xarici informasiya agentliklərində gedən və heç bir əsası olmayan informasiya Nazirliyə istinadən təqdim edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının  Maliyyə Nazirliyi qarşısında üzr istəyirik”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər