Modern.az

Avropa İttifaqı Qarabağ münqaişəsi ilə bağlı sülh planı hazırlayıb

Avropa İttifaqı Qarabağ münqaişəsi ilə bağlı sülh planı hazırlayıb

17 Noyabr 2011, 14:51

Ketrin Eşton: “Bizim özümüzün münaqişələrin həlli və sülh əldə edilməsi ilə bağlı təcrübəmiz var və onu bölüşməyə hazırıq”

“Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm olan məsələ danışıqlar prosesində irəliləyiş və tərəflərin bir-birinə sadə olmayan, ciddi güzəştlərə getməyə hazır olmasıdır”.
Modern.az bildirir ki, bu sözləri Avropa Birliyinin (AB) xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton erməni informasiya agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, münqaişə yalnız sülh yolu ilə həll edilməlidir.
“Tərəflərin başqa variantlar təklif edən çıxışları isə mənasızdır”-deyə Eşton vurğulayıb.

AB-nin rəsmi nümayəndəsi qeyd edib ki, qurum Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. “Avropa Birliyinin məqsədi formatı dəyişdirməmək və prosesə fəal, güclü dəstəyi davam etdirməkdir”-deyən Eşton bildirib ki, AB etimadın möhkəmləndirilməsi üçün vasitəçilik səyləri təklif edə bilər.
“Bizim özümüzün münaqişələrin həlli və sülh əldə edilməsi ilə bağlı təcrübəmiz var və onu bölüşməyə hazırıq. Biz həmçinin hesab edirik münaqişənin həll edilməsi zamanı çatıb. Bu regionun inkişafına yeni impuls verəcək. Bundan sonra ləngimək olmaz. Münaqişə bölgəni girov halında saxlayır”-deyə Eşton vurğulayıb. 
 
Qeyd edək ki, Avropa Birliyinin xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton iki gün əvvəl Bakıda olub. Bundan sonra o, Ermənistana gedib. 

Bakıda səfəri zamanı keçirdiyi brifinqdə K.Eşton Dağlıq Qarabağ probleminin həlli barədə danışarkən qeyd edib ki, ATƏT-in Minsk qrupu ilə müqayisədə, AB-nin Dağlıq Qarabağ probleminin həllində rolu bir qədər fərqlidir:
“Amma Avropa Birliyi Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Nazir Elmar Məmmədyarovla görüşdə Qarabağ probleminə də toxunduq. Ola bilər ki, müəyyən mərhələdə tərəflər arasında etimadı artıran tədbirlərin təşkil edilməsi lazım gələcək”- Eşton deyib.

Bütövlükdə isə Eştonun Azərbaycana səfər proqramında enerji təhlükəsizliyi aparıcı amil olub. Ermənstanda verdiyi müsahibə isə bir sıra məqamları açır. Münqaişənin həllinin uzanmasında narahat olan AB çox guman ki, K. Eşton vasitəsi ilə Qarabağla bağlı yeni sülh planının variantını gətirib. Eştonun etiyatlı açqılamalarından belə aydın olur ki, AB ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır və danışıqların yeni müstəviyə keçməsini istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər