Modern.az

Maliyyə naziri: "Təhsil və səhiyyə işçilərinin maaşı 2012-ci ildə artırılacaq"

Maliyyə naziri: "Təhsil və səhiyyə işçilərinin maaşı 2012-ci ildə artırılacaq"

17 Noyabr 2011, 15:37


2012-ci ildə Azərbaycanda təhsil və səhiyyə sahəsində çalışanların əmək haqları artırılacaq, amma bu ali təhsil müəssisələrinə şamil olunmayacaq”. Modern.az xəbər verir ki, bu barədə 2012-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov parlament komitələrinin bu gün birgə keçirilən iclasında deyib.

“Ali təhsil müəssisələri ilə bağlı başqa mexanizm - adambaşına maliyyələşdirmə sxemi nəzərdə tutulub. Bu gün ali məktəblərə dövlət birbaşa vəsait ödəmir. Biz sadəcə bu məktəblərə tələbələrin təhsil alma pullarını ödəyirik. Dövlət ali məktəblərinə yalnız əsaslı xərclərlə bağlı kömək edəcəyik. Bura maddi-texniki təminat, yeni korpusların tikilməsi və s. aiddir”.

APA-nın məlumatına görə, maliyyə naziri eyni zamanda ali məktəb tələbələrinin yataqxana təminatı ilə bağlı məsələyə də toxunaraq bildirib ki, yataqxanalar məsələsinin həllinə dövlət başçısının tapşırığı ilə vəsait ayrılıb.

“Əsas problem həmin yataqxanalarda qaçqın və məcburi köçkünlərin məskunlaşmasıdır. Bu məsələ həll olunacaq və məcburi köçkünlərin yenidən məskunlaşdırılması ilə bağlı qərarlar qəbul ediləcək”. 

Daha sonra Samir Şərifov Azərbaycanın dövlət büdcəsində sovet dövründən qalan bank əmanətlərinin qaytarılması ilə bağlı məsələyə toxunub və bildirib ki, əmanətlərin qaytarılması ilə bağlı problem yoxdur. o hesab edir ki, Milli Məclis müvafiq qanun qəbul etsə, bunun büdcə vasitəsilə icrasında problem olmayacaq.

“Bunu tam məsuliyyətimlə deyirəm» - deyə nazir əlavə edib. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər