Modern.az

“KQB” agentlərinin şok SİYAHISI açıqlandı: milli-azadlıq hərəkatının rəhbərləri, dövlət xadimləri agent çıxdı

“KQB” agentlərinin şok SİYAHISI açıqlandı: milli-azadlıq hərəkatının rəhbərləri, dövlət xadimləri agent çıxdı

18 Noyabr 2011, 14:16


Rumıniyanın İnconstantin.RO jurnalı SSRİ zamanında Dövlət Təhlükəsizlk Komitəsinin agentləri və informatorları olan Moldova Respublikasının vətəndaşlarının siyahısını açıqlayıb. Modern.az  Newsland portalına istinadən bildirir ki, sensasiya xarakterli siyahıda müstəqli Moldovanın siyasi və dövlət postlarında yer almış xeyli sayda adamın adı yer alıb. Onların içində 90-cı illərin əvvəlində Moldovada gedən milli azadlıq mübarizəsində lider olmuş şəxslər də var.

Bu siyahıda 1990-93 cü illərdə Moldova parlametinin spikeri olmuş Aleksandr Moşanu (“Maksim” ləqəbli), 90-cı illərdə milli-azadlıq hərəkatının ideoloqlarından olmuş yazıçı Nikolay Dabija (“Çobanu” ləqəbli), eks-prezident Voroninin keçmiş müşaviri Valeri Renitse (“Kotovski” ləqəbli), Millətçi-Liberal Partiyanın sədri Vitali Pavliçenko (“Fidel” ləqəbli),  Moldovanın Fransadakı səfiri Oleq Serebryan (“Akrobat” ləqəbli), məşhur moldov jurnalisti Pyotr Boqatu (“Zavet” ləqəbli), Moldova prezidentinin keçmiş müşaviri Viktor Doraş (“Siçovul” ləqəbli),  “Timpul” qəzetinin baş redaktoru Konstantin Tenase (“Qarğa” ləqəbli), Moldovanın keçmiş müdafiə naziri Valeri Pleşka, tanınmış jurnalist Anatoli Qolya (“Peyğəmbər” ləqəbli), Moldova parlametinin keçmiş sədri Dmitri Dyakov (“Dak” ləqəbli), keçmiş baş nazir Dmitri Braqiş (“Novbətçi” ləqəbli), milli azadlıq hərəkatnın ideoloqlarından olan uşaq şairi Yulan Filip (“Filin” ləqəbli), təhsil naziri Mixail Şlayxtiski (“Minya” ləqəbli), Moldovanın Türkiyədəki keçmiş səfiri Fyodr Anqeli (“Feogen” ləqəbli), Qaqauz Respublikasının yaradıcılarından biri Mixail Kendigelyan (“Kidala” ləqəbli), Qaqauz muxtariyyətini keçmiş başçısı Mixail Formuzal (“Tamerlan” ləqəbli), “Panorma” qəzetinin baş redaktoru, tanınmış jurnalist Dmitri Çubaşenko (“Kabus” ləqəbli) və digər tanınmış şəxslər var.

Yaxın vaxtlarda siyahının ikinci hissəsi açqılanacaq. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər