Modern.az

Deputat: “Azərbaycanda erməni dilini öyrənmək lazımdır”

Deputat: “Azərbaycanda erməni dilini öyrənmək lazımdır”

21 Noyabr 2011, 11:12

Ermənilərin Azərbaycana qarşı iyrənc siyasətlərinin gerçəkləşməsinin bir səbəbi də bizim onları düzgün dəyərləndirməmizdir.

Təxminən 20 il öncə demək olar ki, ermənilərin əksəriyyəti Azərbaycan dilini bilirdi. Təbii ki, Azərbaycanın regionda aparıcılığı da bu məsələdə mühüm faktor olub. Ancaq bu dil bilmələri bizə olan sevgidən deyildi. Bununla bütün istəklərinə nail olurdular.

Ancaq bizdə erməniləri öyrənmək indinin özündə də kimsənin marağında deyil.

Halbu ki, ermənilərin qurduqları Ermənistan dövlətin əraziləri tarixi Azərbaycan torpaqlarıdır. İndi isə ərazilərimizin daha 20 faizini işğal ediblər. Bir sözlə, ermənilərr azərbaycanlılara qarşı bütün pislikləri etməyi bacarıblar.

Demək ki, onları öyrənmək çox vacibdir.

Amma bizdə adicə erməni dilini öyrənmək meyli yoxdur.

Millət vəkili Zahid Oruc bildirir ki, ümumiyyətlə dünyanın müasir idarəçiliyi tarixində ayrı-ayrı ölkələrin beyin mərkəzləri, siyasi institutlar xüsusi tətqiqat sahələri kimi işlərdən geniş faydalanırlar: “Azərbaycanın keçmiş tarixində dil öyrənən inistitutlar geniş şəkildə regionda aparıcı yer tutublar. Təəssüf ki, bundan özümüzə qarşı istifadə olunub. Bu da başa düşüləndir, çünki dövlətlə fərdlər arasında həyat uğrunda mübarizə  müəyyən bir səviyyədə getdiyi kimi, dövlətlər arasında bu daha amansız, daha geniş miqyaslı, daha ağır şərtlərlə aparılmaqdadır. Ona görə də istər Ermənistanda, istərsə də Rusiyada və yaxud da digər xarici ölkələrdə Azərbaycanı öyrənən mərkəzlər çoxluq təşkil edir.  Burada bir millətin tarixi, keçdiyi yol, müxtəlif mərhələlərdə ayrı-ayrı insanların buradakı fəaliyyəti, etnik və milli xəritə, iqtisadi potensial və bunun özünü hansı formada göstərməsi,  millətin öz resuslarından faydalanmaq gücu, beynəlxalq-regional siyasətə təsiri kimi məqamlar həmin mərkəzlərdə ciddi şəkildə təhlil olunur. Odur ki, müharibə şəraitində olduğumuz və ərazimizi ələ keçirmiş bir dövlətin bütün parametrlər üzrə öyrənilməsi Azərbaycanın marağındadır. Biz müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdən bəzən qalib halında üzərimizə siyasi informatik cəhətdən gəldiyini görürük. Bu cür addımlara qarşı biz nələri etməliyik”.

 Deputat deyir ki, Ermənistan və Gürcustan arasında hansısa məsələlərdə tutaq ki, konfilikt var: “Bu, nə dərəcədə dərinləşə bilər, yaxud da əksinə onlar, hansı məsələlərdə ortaq mövqedən çıxış edə bilərlər. Bu, həssas müstəvidə biz nələri edə bilərik. Necə ki, Türkiyə ilə Azərbaycan arasındakı məsələlərdə nə qədər maraqlı dairələr oynamaqdadır. Belə olan halda erməniləri öyrənən və onlara qarşı bir mübarizə doktorinası kimi mərkəzlərin formalaşması son dərəcə önəmlidir. Yəni erməniləri öyrənəcək institut özlüyündə sadəcə bir elmi tədqiqat müəssisəsi  olmayacaq. Bunu necə gerçəkləşdirmək olar. Azərbaycanda erməni dilini bilən şəxslərin sayını artırmaq, onları bu mərkəzlərə cəlb eləmək, böyük imkanlarla  onları müxtəlif işlərə və layihələrə qoşmaq vacibdir. Televiziya və radio proqramları vasitəsi ilə ermənilərin informasiya məkanına çıxmaq  son dərəcə lazımlıdır. Hesab edirəm ki, bu mərkəz özlüyündə status etibarı ilə dövlətin istinad etdiyi əsas mərkəzi qurumlardan biri olacaq”.

Deputat onu da bildirib ki, belə bir mərkəzdə erməni dilinin öyrədən mütəxəssislər bizdə var: “Təəssüflər olsun ki,  zaman keçdikcə həmin mütəxəssislərin sayı da azalır. ABŞ kimi güclu bir dövlətin bütün sahələr üzrə strateji planları var. Onlar məhz bununla güclüdürlər. Azərbaycanda da bu mütəxəsislərin hazırlaması üçün dövlətin stimullaşdırıcı işləri olmalıdır”.

Qeyd edək kli, Bakı Dövlət Universitetində (BDU) ermənilərnən bağlı məsələləri araşdıran mərkəz fəaliyyət göstərir.

BDU-nun mətbuat və informasiya şöbəsinin müdri Pərvanə İbrahimova Modern.az-a məlumatında bildirib ki, artıq iki ildir BDU-da ermənilərnən bağlı məsələləri araşdıran mərkəz fəaliyyət göstərir və mərkəzə  rəhbərliyi Qafar Çaxmaxlı edir.

Təəssüf ki, bizdə erməni dili öyrədilmir.

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər