Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, noyabrın 24-dən 25-nə keçən gecə Bakıda və Abşeron yarımadasında qar yağacağı, səhər tədricən kəsiləcəyi, günün ikinci yarısında dəyişkən buludlu, əsəsən yağmursuz hava şəraiti gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Noyabrın 24-dən 25-nə keçən gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
ETSN-in Milli Hidrometrologiya Departamenti xəbərdarlıq edir. Beləki noyabrın 24-dən 25-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında şaxtalı və qarlı hava şəraitinin davam etməsi ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.
Havanın minimal temperaturu 0-4 dərəcə şaxta təşkil edəcək.
Tibbi-meteoroloji proqnozlara əsasən, noyabrın 25 və 26-da Abşeron yarımadasında soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında da noyabrın 25-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, gecə şərq rayonlarında arabir intensivləşəcəyi gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Modern.az