Modern.az

Deputat Əli Məsimli sorğuda qalib gəldi

Deputat Əli Məsimli sorğuda qalib gəldi

Ölkə

28 Noyabr 2011, 10:43

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların bir illik fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Soyadı əlifba sırası üzrə təqdim olunan altıncı “15-lik”lə bağlı “Hansı deputatın işi sizi qane edir?” sorğusu da yekunlaşıb. Oxucular bu dəfə də sorğuda çox aktiv iştirak ediblər. Xüsusilə Əli Məsimli, Eldar Quliyev, Gülçöhrə Məmmədova, İqbal Məmmədov, Abel Məhərrəmovun tərəfdarları səsvermədə daha fəal olublar və əsas mübarizə də onlar arasında gedib.

Budəfəki sorğumuzun yekununda 114 saylı Şəki kənd birinci seçki dairəsinin deputatı Əli Məsimli daha çox səs toplayaraq birinci yeri tutub. Bu həftə sorğumuzda 1550 respondent iştirak edib. Onların 35,24 faizi Əli Məsimlini dəstəkləyib.

Sorğumuz nəticəsində ikinci yerə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev çıxıb. O, ümumi səsverənlərin 28,2 fazinin səsini qazanıb. Üçünçü yeri isə 78 saylı Lerik seçki dairəsinin deputatı  İqbal Məmmədov tutub. İ.Məmmədov respondentlərin 10,45 faiz səsini əldə edib

Nəticələr:

1. Eldar Quliyev -  28,2%
2. Fərəc Quliyev -  4,8%
3. Rüfət Quliyev – 0.14%
4. Ülvi Quliyev – 1,24%
5. Mübariz Qurbanlı – 1,8%
6. Cavid Qurbanov – 1,25%
7. Yaqub Mahmudov – 1,18%
8. Abel Məhərrəmov -  3.9%
9. Rafiq Məmmədhəsənov – 0,63%
10. Elman Məmmədov – 0,56%
11. Elton Məmmədov – 1,95%
12. İqbal Məmmədov – 10,45%
13. İlham Məmmədov – 1,04%
14. Gülçöhrə Məmmədova – 8,91%
15. Əli Məsimli – 35,24%


Modern.az 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər