Modern.az

İran ayətullahı Rafiq Tağının qətlinə görə Azərbaycan xalqını təbrik edib

İran ayətullahı Rafiq Tağının qətlinə görə Azərbaycan xalqını təbrik edib

Ölkə

28 Noyabr 2011, 14:17

İran ayətullah' Məhəmməd Cavad Lənkərani yazıçı Rafiq Tağı üçün verilmiş ölüm fətvasının yerinə yetirilməsi ilə bağlı bəyanat yayıb. Lənkərani bildirib ki, İslam müqəddəsliklərini, Allahın rəsulunu təhqir etmiş şəxsin öldürülməsinə görə Allaha şükür edir:
"Heç şübhəsiz, bu hökmü icra etməklə müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq.
İslam düşmənləri bilsinlər ki, azadə müsəlmanlar və qeyrətli gənclər İslam müqəddəsliklərinin aşağılanmasında dünya imperializminin və beynəlxalq sionizmin rəzil fitnəkarlıqlarının reallaşmasına icazə verməyəcək, dinini satanları rüsvayçı əməllərinin cəzasına çatdıracaqlar"-deyə onun bəyanatında bildirilib.

Daha sonra ayətullah bu qətlə görə dünya müsəlmanlarını, xüsusilə Azərbaycan xalqını təbrik edib. Bəyanatı haqqyolu.com saytı yayıb. (Mətn burada //haqqyolu.com//news/view/25871?latin).

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər