Modern.az

Tağı Əhmədov hökumətə qarşı təxribat törətdi - QALMAQAL

Tağı Əhmədov hökumətə qarşı təxribat törətdi - QALMAQAL

Ölkə

28 Noyabr 2011, 18:56

Tarif (qiymət) Şurasının bugünkü qərarı ilə 2011-ci il dekabrın 1-dən Bakı metrosunda gedişhaqları 15 qəpikdən 20 qəpiyə qaldırılıb. Bu qərar  Bakı Metropoliteninin stansiyalarında bir çaxnaşma yaradıb. Belə ki, 1 dekabradək qalan müddətdən istifadə edən sərnişinlər gediş kartlarına daha çox gedişhaqqı yükləməyə çalışsalar da, onlara qanunsuz maneçiliklər törədilir. Stansiyalarda Metropolitenin işçiləri sərnişinlərə mane olaraq çipkartlara heç olmasa 1 mantlıq gedişhaqqı yükləməyə belə icazə vermirlər. Nəticədə bu axşam ayrı-ayrı stansiyalarda sərnişinlərlə metro işçiləri arasında dava-dalaş yaşanıb.

Modern.az saytının əməkdaşı “Nərimanov” stansiyasında belə bir izdihamlı dava-dalaşın şahidi olub və çaxnaşma hazırda da davam edir.
Metro işçiləri sərnişinlərə öz çip-kartlarına nəinki 5 manat, hətta 1 manatlıq gedişhaqqı yükləməyə  belə icazə vermirlər. Halbuki, bu günədək hər kəs birdəfəyə çipkarta maksimum 5 manatlıq gedişhaqqı yükləyə bilərdi.
Modern.az saytının hadisə yerində olan əməkdaşı müşahidə edib ki, terminallara 1 manat daxil edən sərnişinlərin pulları Metropoliten tərəfindən qeyri-qanuni olaraq mənimsənilir. Belə ki, Tarif Şurasının bugünkü qərarından dərhal sonra bütün metro stansiyalarındakı terminalları elə quraşdırıblar ki, sərnişinlər daha çox gedişhaqqı yükləyə bilməsinlər. Nəticədə terminallara 1 manat daxil ediləndə onun 60 qəpiyi (4 gediş) çipkartlara yüklənir, qalan 40 qəpik isə aparat tərəfindən “yeyilir”.
Modern.az-ın əməkdaşı buna aydınlıq gətirməsi üçün metro işçilərindən açıqlama tələb etsə də, qarşı tərəf imtina edib. Sadəcə onu bildiriblər ki, rəhbərlik belə göstəriş verib.

Tarif Şurasının qərarına əsasən, yeni tarif 1 dekabr 2011-ci il tarixində saat 00:00-dan qüvvəyə minnməliydi. Amma yeni tarifin qüvvəyə minməsinə hələ 2 gün qalmış Bakı Metropoliteninin stansiyalarında sərnişinlərin kartlarına 60 qəpikdən çox gediş yükləməyi dayandırıblar.
Narazı sərnişinlər metro stansiyalarındakı bu özbaşnalığı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun ayağına yazaraq bunu hökumətə qarşı təxribat kimi qiymətləndirirdilər.

Metrodakı bu qanunsuz göstərişi kimlər verib?
Tağı Əhmədovun bundan xəbəri varmı ?
Belə böyük təxribatı salmaqla narazılığı alovlandırmaq kimə lazımdır?

Modern.az məsələylə bağlı Bakı Metropoliteninin rəsmilərindən münasibət öyrənə bilməyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər