Modern.az

Niyə Qarabağın azərbaycanlı icmasına büdcədən vəsait ayrılmalıdır? (MÖVQE)

Niyə Qarabağın azərbaycanlı icmasına büdcədən vəsait ayrılmalıdır? (MÖVQE)

29 Noyabr 2011, 12:31

Milli Məclisdə ötən həftə 2012-ci ilin büdcə zərfi müzakirə olunarkən Dağlıq Qarabağın azərbaycanlı icmasına hər hansı vəsaitin ayrılması məsələsinə toxunulmadı. Bu quruma dövlət büdcəsindən vəsaitin ayrılması vacibdirmi?

Modern.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Qarabağın azərbaycanlı icmasına sözün həqiqi mənasında ciddi bir fəaliyyət həyata keçirə bilməsi üçün büdcə vəsaitləri müəyyənləşməlidir” deyib. Millət vəkili qeyd edib ki, qarşıdakı dönəmdə bu qurun üçün vəsaitin ayrılması son dərəcə önəmlidir.
“Qarşıdakı dönəmdə bir tərəfdən icmanın işinin təşkili, həm də artıq ərazi vahidi kimi müvafiq icra hakimiyyətinin mövcud olması, onların bu işi konpakt təşkil etmələri və o prosesləri  həyata keçirməsi üçün vəsaitin ayrılması son dərəcə önəmlidir”.

Z.Oruc hesab edir ki, artıq Qarabağın azərbaycanlı icması dövlətin müəyyənləşdirdiyi kursa müvafiq olaraq beynəlxalq miqyasda daha böyük işlər həyata keçirməlidir. Millət vəkilinin sözlərinə görə, bu halda vəsaitlərin nə qədər məqsədəuyğun olduğu ortaya çıxar.
Deputat deyir ki, bu gün dünyanın ayrı-ayrı ərazilərində ermənilər Qarabağ adından müxtəlif tədbirlər, marafonlar keçirir, özlərini beynəlxalq subyekt kimi təqdim edirlər.
Z.Oruc bildirib ki, belə olan təqdirdə təkcə Qarabağın azərbaycanlı icması mədəniyyət, ictimai sektor, hümanitar, tarix, siyasi və diplomatik məsələlərdə və digər kontekslərdə böyük işlər həyata keçirməlidir.

Z.Oruc bildirib ki, bunun üçün qarşıdakı dövrə yönəlik mühüm proqramlar mövcud olmalıdır. “Mən çox arzu edirəm ki, həmin icma buna bağlı özlərinin çox mühüm doktrina sənədlərini və yaxud da ki, proqram sənədlərini qəbul etsin. Bu il keçiləcək yol xəritəsi dövlətə təqdim olunsun. Bu məsələ əsnasında büdcə müzakirələri dövründə daha arqumentli, daha əsası olan məsələlər üzərində müzakirələr getsin və qərar onun üzərində olsun. Yəni sadəcə  bir ideya məsələsi kimi deyil, daha artıq dərəcədə hədəfə hesablanmış konkret iş, funksional bölgü, hədəfləri olan məsələlər üzərində addım atmış olaq. Bildiyim qədər bu artıq müəyyənləşib, lakin nəzərə alın ki, dekabrın 6-da hökümət təzədən parlamentə gələcək və son raundda hansı təkliflərin necə qəbul olunması məsələsi bir daha da müzakirə olunacaq. Bundan sonra ümumi qərar veriləcək”-deyə millət vəkili qeyd edib.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər