Modern.az

Nazirlər Kabineti bayram günlərilə bağlı qərar verib

Nazirlər Kabineti bayram günlərilə bağlı qərar verib

Ölkə

8 Dekabr 2011, 13:48

Nazirlər Kabineti “2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında” Prezidentin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Qərar imzalandığı gündən qüvvəyə minib.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR