Modern.az

Bakıda satılmayan evləri İrandan gələnlər alır

Bakıda satılmayan evləri İrandan gələnlər alır

14 Dekabr 2011, 16:15

Statistikaya görə, son bir ildə Bakıda ev alan İran vətəndaşlarınım sayı xeyli artıb.

Millət vəkili, iqtisadcı Əli Məsimli Modern.az saytına açıqlamasında deyib ki, İran vətəndaşlarının Azərbaycan və Türkiyədə ev alması İradanda olan mürəkkəb hadisələrin tərkib hissəsidir.  İranda proseslər mürəkkəbləşdikcə istər Azərbaycanda, istərsə də Türkiydə mənzil alıb daimi və ya müvəqqəti yaşamaq istəyənlər olacaq.

Bunun Azərbaycanda hansı nəticələr verəcəyinə gəlincə, Əli Məsimli deyib ki, bu hal Bakıda satılmayan mənzillərin satılması ilə nəticələnəcək. Deputat eyni zamanda bildirib ki, əgər bu kütləvi hal alsa ölkəmiz üçün çox sayda sosial problemlər yarada bilər.    

Qeyd edək ki, əcnəbi vətəndaşların Azərbaycanda mənzil almasına məhdudiyyət qoyacaq hər hansı hal yoxdur. Ancaq Azərbaycanda ev almaq istəyən xarici vətəndaşlar yerli vətəndaşlardan fərqli olaraq bir qədər artıq dövlət rüsumu ödəmildirlər. Eksertlərin fikrinə görə, Bakıda ev almaq istəyən iranlıların bəziləri mənzili öz adına, bəziləri isə buradakı yaxınlarının adına sənədləşdirirlər.

Sədaqət SÜLEYMANOVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər