Modern.az

Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr - SİYAHI

Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr - SİYAHI

24 Dekabr 2011, 14:30


Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb, endirməklə sözdə “soyqırımı”nın guya, 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı əcnəbu deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir.
Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma “erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddialrı tanıyıblar.

Modern.az saytı qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin siyahısını təqdim edir. Siyahı heç də balaca deyil… Bu üzdəniraq iddianı dəstəkləyənölkələrin sayı 20-ni keçib…

İsveç parlamenti  - 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini “soyqırımı” olaraq tanıyıb.

Uruquay - 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma “erməni soyqırımı” iddialarını qəbul edib.

Yunan Kipri - 1982-ci ildə “soyqırımı” iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları – ABŞ-ın 41 ştatında “erməni soyqırımı”nın olduğu qəbul edilib. Əsasız “soyqırımı” tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver,  Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.

Argentina – “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya  - əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə “soyqırımı” qəbul edib.

Kanada - 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan - 1996-cı ildə “soyqırımı” tanıyıb.

Livan - Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə “soyqırımı” tanınıb.

Belçika – 1998-ci ildə qondarma “erməni soyqırımı”nı tanıyıb.

İtaliya – 2000-ci ildə ermənilərin “soyqırımı”na uğradığını qəbul edib.

Vatikan - İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa – 1998-ci ildə “erməni soyqırımı”nı tanıyıb. Fransada sözdə “erməni soyqırımı”nı rədd etmək cinayət sayılır.

İsveçrə - “soyqırımı” iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə “erməni soyqırımı”nı tanıyıb.

Hollandiya – 2004-cü iləd erməni issialarını qəbul edib.

Polşa – 2005-ci ildə qəbul edib.

Almaniya
– 2005-ci iləd qəbul edin.

Venesuela – 2005-ci iləd qəbul edib.

Litva – 2005-ci ildə qəbul edib.

Çili – 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.

Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar:

BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası

Avropa Şurası

Avropa Parlamenti

Dünya Kilsələr Şurası

İnsan Haqları Dərnəyi

YMCA Avropa Birliyi

“Permanent Peoples” Tribunal

***

Bəs əsl tarix nədir?

Gerçək tarix hardadır? Uydurma “soyqırımı” olub, yoxsa olmayıb. Bununla bağlı müxtəlif ölkələrin arxivlərində materiallar var və bu materialların hamısından bir mənalı belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi hec də soyqırım olmayıb, əslində erməni silahlı dəstələri dinc, türk və kürd əhalisini qırıb.

Tarix elmləri dokroru, Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı ermənilərin uydurduqları qondarma “erməni soyqırımı”nı faktlarla sübut etmək üçün Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Gürcüstan, Azərbaycan, Avstriya və Çexiya arxivlərində araşdırma aparıb. Altı monoqrafiyanın, 50-dən artıq elmi məqalənin müəllifi olan M.Qasımlı deyir ki, bütün tarixi sənədlərin hamısı aydın şəkildə göstərir ki, ermənilərin “soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur.

- “Erməni soyqırımı” deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kmi istifadə edilib. Ermənistan heç bir zaman “erməni soyqırımı” iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib.
Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915- ci ildən sonra onlar bu “soyqırımı” uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər “soyqırım” ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. “Soyqırımı” bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər. “Soyqırımı” onların alver predmetinə çevrilib.

1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verdi. Aprelin 26-da da Baş komandanlığın əmri çıxdı. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edildi. 1915-ci il mayın 27-də “Söbh və isqan haqqında” Qanun qəbul edildi. Dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülməyə başladı. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilirdi. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürüldülər.

- 1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. Hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləmişdi. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin “ermənilərin öldürülməsi” ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür. Bu gün ermənilər 1 milyon 500 min nəfər ermənin qırıldığını söyləyirlər. Bu həqiqətə nə dərəcədə uyğundur?
Ermənilər 1 milyon nəfərin öldürüldüyünü yazırlar, bu rəqəm həqiqətə nə dərəcədə uygundur? Tarixi gerçəkliyi əks etdirimi, etdirmirmi?
Əvvala, ölənlər hərbi əməliyyat meydanında ölənlərdir və say bu qədər deyil. Həmin dövrün rəqəmlərinə diqqət yetirsək görürük ki, öldürülən ermənilərin sayı əvvəlcə 600 min, sonra 800 min , sonra isə 1 milyon 500 min nəfər göstərilir. Bu rəqəmlər reallığa nə dərəcədə uyğundur? Rusiyanın görkəmli alimlərindən biri çarizm devriləndən sonra müvəqqəti hökumətin xarici işlər naziri olmuş Milikovun “Qafqazskiy teleqraf” qəzetinin 7 dekabr 1914-cü il tarixli 6-cı sayında “Ermənistanın taleyi” adlı bir məqaləsi çap olunub. Məqalədə deyilir: “Etnoqrafik Emənistan hüdudlarında yaşayan bütün əhali içərisində xristianlar 1 milyon 183 nəfərdir. Xristianların içərisində ermənilər də vardı, malakanlar da və s.
1877-78-ci il rus-türk müharibəsindən sonrakı ərazilər Rusiyaya keçmişdir, ora digər millətin nümayəndələrini də köçürmüşdülər".
Milikov elə belə də yazır: “Onlardan 1 milyon 18 min nəfəri və ya 45.1%-i ermənidir. Etnoqrafik Ermənistan hüdudlarında yaşayan əhalinin 54.8 %-i müsəlmandır”.
Bu rəqəmi türk, Azərbaycan tarixcisi demir. Bu rəqəmi rus tarixçisi deyir. Hacı Zeynəlabdin Tağıyevin maliyyələşdirdiyi “Kaspiy” qəzetinin 1914-cü il 18 noyabr tarixli 259 –cu sayında yazılırdı: “6 vilayətdə 1 milyon 18 min erməni yaşayır.Yenə “Baku” qəzetinin 1915-ci il 4 sentyabr tarixli 197-ci sayında “Ermənistanın göz yaşları” məqaləsində göstərilirdi ki, bütün Türkiyədə yaşayan ermənilərin sayı 1milyon 200 mindir. Onlardan təxmininən 250 mini Qafqaza gəlmişdir. Birinci Dünya müharibəsi illərində o qəzetdə 200 min yazılır. 700 min nəfər başqa ölkələrə köç edib getmişdir. 280 min erməni daimi yaşadığı yerlərdə yaşamağa davam etmiş və İslamı qəbul etmişdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir