Modern.az

Misir Mərdanov: «… o rektorlar məsuliyyət daşıyırlar…»

Misir Mərdanov: «… o rektorlar məsuliyyət daşıyırlar…»

2 Yanvar 2012, 00:38

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə əmr imzalayıb.

Əmrə əsasən, qış imtahan sessiyasında Təhsil Nazirliyində "Qaynar  xətt"in  fəaliyyət  göstərdiyi nəzərə alınmalıdır. (Tel.:  496-34-82,  faks:  496-37-61, e-mail: [email protected] ).

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Onlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı, qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt"inə operativ məlumat verilməsini, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməli, nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.

«Nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar»-deyə əmrdə bildirilib.

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.

Nazirin əmrilə Təhsil Nazirliyinin aparat rəhbərinə, ali və orta ixtisas təhsili şöbəsinə  tapşırılıb ki, ali və orta ixtisas təhsili müəssisələrində  qış imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin etsinlər, qış imtahan sessiyası zamanı korrupsiya hallarının müəyyənləşdirilməsi üçün tələbələr arasında anket sorğularını təşkil etsinlər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər