Modern.az

Qazaxıstanda bir azərbaycanlı deputat seçilib

Qazaxıstanda bir azərbaycanlı deputat seçilib

Ölkə

16 Yanvar 2012, 18:50

Yanvarın 15-də Qazaxıstanda parlamentin aşağı palatasına – Məclisə seçkilər keçirilib. İlkin nəticəyə görə, prezident Nursultan Nazarbayevin başçılıq etdiyi hakim “Nur Otan” Partiyası səslərin 81 faizini alıb. 7 faizlik həddi “Ak jol” və Kommunist Xalq Partiyalarının da keçdiyi bildirilir. Hər biri 7,3 faiz səs toplayan partiyalar ilk dəfə Məclisdə təmsil olunacaqlar. İndiyədək parlamentin aşağı palatası bütünlüklə “Nur Otan” Partiyasının deputatlarından ibarət idi.

«Nur Otan» Xalq Demokratik Partiyasının qalib gəldiyi  Qazaxıstan parlamentinə seçilən deputatlar arasında azərbaycanlı həmyerlimiz Gülağa İldırımlı da var. Modern.az saytının məlumatına görə, 'slən Qubadlı  rayonundan olan həmyerlimiz artıq ikinci çağırışdır ki, Şimali Qazaxıstanın Petropavlovsk vilayətindən deputat seçilir. 

İki il bundan əvvələ qədər isə, Gülağa İldırımlı Petropavlovsk Vilayətindəki  Azərbaycanlıların “Odlar yurdu” Mədəni Mərkəzinin sədri olub. Mərkəzə sədirlik etdiyi  4 il müddətində  Petropavlovsk şəhərində  azərbaycan  bazar günü məktəbini yaradıb.

Bakıdan  musiqi və rəqs müəllimi gətirərək, buradakı azərbaycanlı və digər millətlərin uşaqlarının da cəlb olunduğu, bu gün də fəaliyyət göstərən “Odlar yurdu” rəqs ansamblını yaradıb. Qazaxıstan Respublikasının ərzaq proqramı layihəsində yaxından iştirak etdiyinə görə Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2009-cu ildə Petropavlovska səfəri zamanı  onun  meyvə tərəvəz təsərrüfatına  baş çəkib.
Gülağa İldırımlı Modern.az-ın əməkdaşına bildirib ki, o, parlamentdə çox iş görməyi düşünür. Bunlardan biri də Qazaxıstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması olacaq.

Ləman Ağayeva
Astana

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər