Modern.az

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransaya bəyanat verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransaya bəyanat verdi

24 Yanvar 2012, 14:05

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi qondarma “erməni soyqırımı”n inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin Fransa Senatında qəbuluna etiraz olaraq bəyanat verib.

Bəyanatda bildirilib:

- Azərbaycan Respublikası Fransa Senatında 23 yanvar 2012-ci il tarixində “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir. Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər.  

20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20% torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha  qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir